Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Dünya çempionatı barəsində maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, 28 yaşlı futbolçu İspaniyanın “Marca” nəşrinə sabah atılacaq Dünya çempionatının püşkatması barəsində öz fikirlərini bildirib:
“Braziliya. İspaniya və Almaniya Dünya Çempionatının favoritləridir. Püşkatmada onlarla qarşılaşmaq istəmirik. Lakin indi bu haqqda fikirləşmirik. Püşkatmadan sonra rəqiblərimizi biləcəyik. Hazırda yaxşı vəziyyətdəyik və komandamıza güvənirik. Braziliyaya getməyi qarantilədik. Amma ümid edirəm ki, bu komandalarla qarşılaşmarıq.“
