big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Ronaldonun Messidən üstün ola biləcəyi yeganə yer kompüter oyunlarıdır, o da hiylələr sayəsində” – UNUDULMAZ SÖZLƏR

16.06.2015 , 05:35

Bilmirəm, nədəndir, amma futbol adamlarının ən çox sevdiyi şeylərdən biri də danışmaqdır. Düzdür, ağzına gələni də deyən var, ağlına gələni də. Bəziləri hətta meydanda göstərdiklərindən çox, ondan kənarda dedikləri ilə yadda qalıblar. Hə, amma hərdən elə açıqlamalar da olur ki, uzun müddət yaddaşlardan silinmir, dillər əzbəri olur. Xatırlayırsızsa, həmin açıqlamaların ilk hissəsini təxminən 2 ay öncə sizə təqdim etmişdik, bu da davamı…

Yılmaz Vural: “Fənərbağça”nın başına keçsəm, 50 min azarkeşi orqazm edərəm. Azarkeşlər sehrə qapılar, ağızları açıq qalar”.

Arsen Venger: “Futbol komandası gözəl qadın kimidir. Ona gözəl olduğunu söyləməsəz, bunu unudar”.

Canluici Buffon: “Messi insanlarla futbol oynamağı sevən fövqəltəbii canlıdır”.

Toni Adams: “Formanın önündəki isim üçün oyna, formanın arxasında isimlə xatırlasınlar”.

Ceorc Best: “Əgər bir az çirkin olsaydım, nə Pelenin, nə də Maradonanın adı xatırlanardı”.

Xavi Hernandez: “Gündəlik həyatda belə, sağa-sola baxaraq, boşluq axtarıram”.

Xristo Stoiçkov: ”Məni saxlamaq üçün, tapançaya ehtiyac duyarlardı. Messini dayandırmaq üçün isə avtomat lazımdır”.

Stiven Cerard: “Liverpul” azarkeşi olmasaydım, 3 dəfə “Çelsi”yə imza atardım. Amma mən bu klubun azarkeşiyəm, edə bilməzdim”.

Peter Şmeyxel: “Türkiyədə bir ticarət mərkəzində səhnəyə çıxdıq, arxa fonda dayanmadan Arifin mənə vurduğu qolu göstərirdilər. Əsəblərim pozuldu”.

Pavel Nedved: “Bir komanda aşağı liqaya düşərsə, futbolçular gedər, adamlar qalar”.

Slaven Biliç: “Qadınlara hörmət edirəm, amma futbol onlardan gözəldir”.

Xosep Qvardiola: “Barselona”dan ayrılmağımın yeganə səbəbi: mükəmməl oynayırdıq və edə biləcəyimiz yeni şey qalmamışdı”. 

Fenomen Ronaldo: “Oyundan sonra hamıdan tər, Bekhemdən isə ətir qoxusu gəlirdi”.

Stiven Cerard: “Öləndə məni xəstəxanaya yox, “Enfild”ə aparın. Orda doğuldum, orda da ölmək istəyirəm”.

Ronaldinyo: “Mançester Yunayted” məni transfer etsəydi, indi daha çox kuboku olardı”.

Xuan Laporta: “Ronaldonun Messidən üstün ola biləcəyi yeganə yer kompüter oyunlarıdır, o da hiylələr sayəsində”.

Ser Aleks Fergüsson: “Ronaldo İngiltərədə istənilən komandada oynayar, het-triklər edər, amma Messi bacarmaz”.

Sərgən Yalçın: “Almaniya çempionatından uzaq dursunlar. Orda çox sürpriz olur”. (Jurnalistin “18 yaşından kiçiklər də mərc oyunlarında iştirak edir, onlara nə demək istəyərsən?” – sualına verdiyi cavab)

Joze Mourinyo: “Yorğunmu? Gündə 15 saat işləyən, buna rəğmən, hər ay evinə ən yaxşı halda bir neçə yüz avro gətirən, atalar yorğun olar, biz yorğun ola bilmərik” (Jurnalistin “bu gün yorğun görünürdüz” fikrinə cavabı)

Mətin Oqtay: “Qalatasaray”da kapitan ikən göyə qəpik atılanda mən həmişə “tura” deyərdim. Təki, Atamın (Atatürkü nəzərdə tutur-Ü.M.) silueti yerə dəyməsin”.

Yılmaz Vural: “Barselona” ilə eyni mentalitetə sahibik, eyni cür oynayırıq. Yeganə fərqimiz odur ki, onlar çempion olmağa çalışır, biz isə aşağı liqaya düşməməyə”. 

Rikardo Kuarejma: “Bir gün İstanbula qayıtsam, sadəcə “Beşiktaş”a gələrəm. “Fənərbağça”nın məni istəməsinə gülərək “xeyr” deyərəm, “Qalatasaray”a dediyim kimi. Türkiyədə mənim üçün yeganə komanda var, o da “Beşiktaş”dır. 

Yurgen Klopp: “Mənim idarəçilərim türk mentalitetinə sahib olsaydı, bu yerlərə gələ bilməzdik. Bu iş üçün səbir lazımdır”. (Jurnalistin “Borussiya Dortmund”u “sıfırdan” götürüb, bu yerlərə qədər gətirdiz. Biz türklər bunun üçün nə etməliyik?” – sualına cavabı)

Hazırladı: Ürfan Məmmədzadə

Son yazılar

To Top