“Real” (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo daha bir ilkə imza atıb.
Korner.az-ın məlumatına görə, portuqaliyalı ilk dəfə Çempionlar Liqasının oyununda komandasını meydana kapitan sarğısı ilə çıxarıb.
İker Kasilyas, Serxio Ramos və Marselonun yoxluğunda Çempionlar Liqasının “Ludoqorets”lə qrup matçında kapitanlıq sarğısı Ronaldoya həvalə olunub.
Qeyd edək ki, Ronaldo daha öncə La Liqada “Real Sosyedad”, İspaniya kubokunda isə “Barselona” ilə görüşlərdə komandasının kapitanlıq sarğısını geyinib.
