Madridin “Real” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo daha bir rekordla gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, Ronaldo ötən gün İspaniya La Liqasında “Atletik” (Bilbao) klubunun qapısından 3 top keçirərək, het-triklərinin sayını 22-yə yüksəldib. Bununla da o, əfsanəvi futbolçu Alfredo di Stefano və Telmo Zarraya çatıb.
Siyahıda sonrakı yerləri Mundo (19), Messi (19), Sezar (16), Langara (13) və Puşkas (12) tutur.
