“Real”ın ulduzu Kristiano Ronaldo komandasının bugünkü vəziyyəti ilə bağlı açıqlama verib.
Korner.az portuqaliyalı futbolçunun açıqlamasını sizə təqdim edir:
“Bu mövsüm İspaniya kubokunu qazanmışıq. La Liqada da çempion olmağımız mümkünsüz deyil. Çempionlar Liqasında isə finaldayıq. Bunu uzun illərdir istəyirdik. Finalda iki mükəmməl komanda qarşılaşacaq. Bu cür matçlarda şanslar həmişə bərabər olur. Ümid edirəm ki, mayın 24-ü bizim üçün gözəl gün olacaq. “Atletiko” fantastik komandadır. Onların La Liqada hazırda lider olması təsadüfi deyil”.