Topaz Premyer Liqasının 17-ci turunda “İnter” “Neftçi” üzərində 2-1 hesablı qələbə qazandı.
“İnter”in məşqçisi Roman Cəfərov oyundan sonra fikirlərini bildirib:
“İnter” oyun ərzində topa daha çox nəzarət etdi. Oyun çox maraqlı keçdi. İlk hissədə bir səhvimiz oldu və bu da qolla nəticələndi. Baş məşqçi matçın gedişində iki düzgün əvəzetmə etdi. Bu əvəzetmələr nəticədə özünü göstərdi. Futbolçuların çıxışından razıyam, onlara təşəkkür edirəm”.