Kolumbiyanın futbolçusu Ceyms Rodriqes Pelenin rekordunu yenilədi.
Korner.az-ın məlumatına görə, 22 yaşlı futbolçu Dünya Çümpionatlarında 23 yaşa qədər 6 qol vurmuş ikinci futbolçu oldu. Eyni uğuru Pele 1958-ci ildə 17 yaşında göstərə bilmişdi.
Xatırladaq ki, Rodriqes 6-cı qolunu Braziliyaya qarşı oyunda vurmağı bacarıb (1:2).