Almaniya yığmasını müdafiəçisi Per Mertezaker Fransa üzərində qazanılan qələbə (1:0) haqqında danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu baş məşqçinin düzgün qərarlar qəbul etdiyini qeyd edib:
“Baş məşqçi bizi qələbəyə aparan qərarları verdi. Komandanın qazandığı uğurun tam məsuliyyətini o daşıyır. Löv mənə oynamayacaqsan deyəndə komandanın uğurlu çıxışı mənim üçün hər şeydən vacib olduğunu dedim.”
Mertezaker həm də komandalarının çox güclü olduğunu da qeyd edib:
“Komandamızın ruhu çox güclüdü. Bu keyfiyyəti sona qədər davam etdirə bilsək turniri qazana bilərik”