İngiltərə Premyer Liqasının bombardiri “Mançester Yunayted”in futbolçusu Robin van Persi “qızıl buts” mükafatına layiq görülüb.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın heyətində bu mövsüm 26 qol vuran hollandiyalı forvard “Barclays Golden Boot”(qızıl butsa) layiq görülüb.
Van Persi bu göstəricisi ilə “Liverpul”un futbolçusu Luiz Suarez (23 qol), və“Totenhem”in üzvü Qaret Beyli (21qol) qabaqlayıb.