Avropa Liqasında qrup mərhələsində mübarizə aparan “Qarabağ” növbəti matçında İtaliya “İnter”inin qonağı oldu.
Korner.az-ın məlumatına görə, Milanda keçən qarşılaşma ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Bu barədə açıqlama verən hazırda işsiz mütəxəssis olan Ağasəlim Mircavadov ötən günki qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Reynaldo əlinə düşən imkandan yararlana bilsəydi hesab 1:1 olacaqdı. Bundan sonra isə oyun başqa cür olacaqdı. Amma “Qarabağ” dünən nəyi var oynadı. Bəzi oyunçular zəif çıxış etsə də, ümumi komanda pis təxir bağışlamadı. Qol imkanları oldu. Təəssüf ki, istifadə edə bilmədi. Bilirsiz, hər epizodda təcrübəli olmaq lazımdı. Yaddan çıxartmaq lazım deyil ki, qarşılaşma Milanda baş tutdu. Buna baxmayaraq “İnter” “Qarabağ”a ortada top saxlamağa imkan verirdi. Reynaldonun qaçırtığı qol epizoduna çox heyfslənirəm. Futbolçuda xəsislik olduğu hiss olunur. Reynaldonu çox şişirtmisiniz. O, öz oyununu nümayiş etdirsə, daha yaxşı olar. Avropa futbolunda rəqiblər səhvlərdən istifadə edirlər”.(futbolinfo.az)
