Renat “Vulverhempton”da debüt etdi
13.01.2020 , 16:59

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov “Vulverhempton”un heyətində debüt edib.
Korner.az xəbər verir ki, hücumçu “Blekbörn”ə qarşı matçda meydana çıxıb.
Futbolçu 0:1 hesabı ilə uduzduqları görüşdə 86 dəqiqə meydanda olub.
Xatırladaq ki, Renat qış fasiləsinə qədər Portuqaliyanın “Pakoş de Ferreyra” klubunda icarədə olub.
