Renat Dadaşov oynadı, “Benfika” qalib gəldi – VİDEO
30.08.2021 , 10:09
Portuqaliya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Tondela” səfərdə “Benfika” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub
Renat 77-ci dəqiqədə meydana daxil olub.“Tondela” 3 xalla 18 komanda arasında 14-cüdür. “Benfika” 12 xalla turnir cədvəlinə başçılıq edir.