İspaniya
La Liqasında çıxış edən “Real” Madrid klubunun müdafiəçisi Rafael Varanın evindən
oğurluq edilib.
Korner.az-ın
verdiyi məlumata görə, İspaniya polis bölməsindən bildirilir ki, UEFA
Çempionlar Liqası turniri çərçivəsində keçirilən “Real” Madrid – “Borussiya” Dortmund matçı zamanı
oğurluq hadisəsi baş verib.
23
yaşlı fransız futbolçunun evindən pul və qiymətli əşyalar oğurlanıb.Hadisə ilə
bağlı araşdırmaların davam etdiyi bildirilir.