Türkiyə
Super Liqasında çıxış edən “Çaykur Rizespor” klubunda oynayan Emrah Başsan Rize
şəhərindən ayrıldı.
Korner.az-ın
məlumatına görə,mövsümün əvvəli “Qalatasaray” klubundan icarə əsasında “Çaykur
Rizespor” klubunun heyətinə cəlb olunan futbolçu şəhərə uyğunlaşmayıb. Başsan
icazəli olaraq klub prezidenti Metin Kalkavan ilə görüşmək üçün İstanbula
gedib.
Futbolçu
bu mövsüm liqada 581 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.
