PSJ-nin yarımmüdafiəçisi Marko Verratti karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, “Real”ın baş məşqçisi Karlo Ançelotti 22 yaşlı futbolçunu komandasında görmək niyyətindədir.
Qeyd edək ki, transfer qiyməti 40 milyon avro olan italiyalı yarımmüdafiəçi bu mövsüm PSJ-nin heyətində çıxdığı 28 matçda 1 qol və 7 asistlə yadda qalıb.
