Milan “İnter”i heyətini gücləndirməyi düşünür.
Korner.az-ın məlumatına görə, İtaliya klubu “Mançester Siti”dən Yaya Tureni transfer etmək istəyir.
Bu barədə “Sportmediaset” məlumat yayıb. Məlumatda deyilir ki, “İnter”in çalışdırıcısı Roberto Mançini afrikalı futbolçu ilə yenidən birlikdə işləmək istəyir.
