“Real”da ciddi itki
13.02.2019 , 16:46

“Real”ın müdafiəçisi Rafael Varan Çempionlar Liqasının 1/8 final mərhələsində “Ayaks”la bu gecə keçiriləcək oyunu buraxa bilər.
Buna səbəb fransalı futbolçunun qripə yoluxmasıdır. Komandasının dünənki məşqini buraxan Varanın oynayıb-oynamayacağı matça bir neçə saat qalmış bilinəcək. Əgər Varan görüşü buraxmalı olsa, onun əvəzinə Naço Fernandes meydana çıxacaq.
Qeyd edək ki, “Ayaks” – “Real” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.
