İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “kral klubu”nun futbolçusu Rafael Varanın sol ayağında əzələ yırtığı aşkarlanıb.
Fransız ulduz oyunçunun 1 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Bu səbəbdən müdafiəçi Çempionlar Liqasında “Bavariya”ya qarşı keçirəcəkləri oyunu, həmçinin “Barselona” və “Atletiko”yla (Madrid) oynanılacaq matçları buraxmalı olacaq.