“Real”ın yarımmüdafiəçisi Qaret Beyl məşqdə zədələnib.
Korner.az-ın “Marca” qəzetinə istinadən verdiyi məlumata görə, sol ayağından zədə alan uelsli futbolçu məşqi yarımçıq tərk etməli olub.
Bu barədə açıqlama verən Madrid klubunun baş məşqçisi Karlo Ançelotti deyib: “Beyllə bağlı kiçik problemimiz var. O, məşqdə zədələndi. Son durumuna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək. Onu bu gecə qarşılaşacağımız “Rayo Valyekano” ilə görüşdə riskə atmaq istəmirəm”.
Qeyd edək ki, La Liqanın 30-cu turu çərçivəsində bu gecə keçiriləcək “Rayo Valyekano” – “Real” oyunu Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
