Dünən keçirilmiş “Real” – “Fiorentina” hazırlıq oyununda maraqlı hadisə baş verib.
Korner.az-ın məlumatına görə, meydana daxil olan “Real”lı azarkeş hər kəsi çaşqınlığa salıb.
Belə ki, çılğın azarkeş meydana eynilə Ronaldonun formasını geyinərək daxil olub. Hakimin müdaxiləsindən sonra saxta “Ronaldo” meydanı tərk edib.
