Dünən keçirilmiş “Arsenal” – “Kristal Pelas” qarşılaşmasında maraqlı hadisə baş veridb.
Korner.az-ın məlumatına görə, oyunu idarə edən hakim Con Moss spreylə kiçik problem yaşayıb. FİFA-nın kəşf etdiyi spreyi əlinə vuraraq düzəltməyə çalışan referi istəyinə spreyin “Arsenal”lı futbolçu Kazorlanın üzünə tuş gəlməyindən sonra çatıb. İspan futbolçu isə bunu gülüşlə qəbul edib və hakimdən topu oyuna daxil etmək üçün icazə gözləyib.
Xatırladaq ki, “Arsenal” rəqibini Remzi və Kosçienlinin qolları ilə məğlub edib.
