İspaniya La Liqasının çempionu Madrid "Real"ı bu mövsümki performansı ilə "ginnes" rekordlar kitabına adını yazdırmağı bacarıb.
Korner.az-ın məlumatına görə, son turda "Malyorka"nı məğlub edərək xallarının sayını 100-ə çatdıran Jose Maurinyonun yetirmələri, bu rekordu "Barselona"nın əlindən almış oldu. "Kral klubu" bu mövsüm La Liqada vurduğu qolların sayını 121-ə çatdıraraq bu sahədə də rekord qırmış oldu.
Qeyd edək ki,"Real" futbolçuları mövsüm ərzində qatıldıqları bütün turnirlərdə 171 qol vurmağa müvəffəq olublar.