AZAL klubu gürcüstanlı futbolçusu Nquzar Kvirtiya ilə yollarını ayırıb. Daha dəqiq desək "təyyarəçilərin" baş məşqçisi Vaqif Sadıxov gürcü legioneri qovub.
Korner.az-ın məlumatına görə, Buna səbəb kimi Premyer Liqanın XXXI turunda "Sumqayıt"a 1:0 hesablı məğlubiyyətdən sonra təcrübəli yarımmüdafiəçinin Sadıqovun qərarına etiraz etməsi göstərilir.
1 həftə öncə "təyyarəçilər"lə 2 illik müqavilə imzalayan Kvirtiya məhz bu üzdən Premyer Liqanın sonuncu turunda "Turan"a qarşı matçda iştirak etməmişdi.
