Fransanın “Monako” klubu baş məşqçisi Klaudio Ranyerini istefaya göndərib.
Korner.az-ın məlumatına görə,klubun idman direktoru Vladimir Vasilyev 62 yaşlı mütəxəssislə yolları ayırdıqlarını bəyan edib.
Boş qalmış baş məşqçi vəzifəsinə əsas namizədlərdən birinin “Real”ın məşqçisi Zinəddin Zidan olduğu iddia edilir.