big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Ramin Musayevə Xaqani Məmmədov kimi – özünə oxşayan sədr lazımdı” (MÜSAHİBƏ)

10.11.2012 , 09:27

Hakimlikdən gedişi qalmaqallı olan, gedəndən sonar da qalmaqallar yaradan, ancaq son vaxtlar efirlərdə, mətbuat səhifələrində, demək olar ki, rast gəlmədiyimiz Babək Quliyevdi müsahibim. Onu seçməyim səbəbsiz deyil. Həm çoxdandı mediadan uzaq qalması, həm də PFL prezidenti Ramin Musayevin son açıqlamasında Azərbaycanda hakimliyin səviyyəsini qonşu ölkələrlə müqayisədə üstün səviyyədə görməsi çoxdan planlaşdırdığım görüşü tezləşdirdi.
Babəklə saatlarla danışmaq olardı. Ki, müsahibə “lar”sız – düz bir saat çəkdi. Hiss etdim ki, başına gələnlər bir yana, son vaxtlar mətbuatın diqqətindən kənarda qalması ona çox pis təsir edib. Hərçənd, o bunu diqqətsizlik yox, laqeydlik kimi görür. Özü də bilərəkdən edilən, “pult”la idarə olunan laqeydlik kimi… Müsahibəyə hazırlaşdığımız anda “KomandA”nın baş redaktoru Rəşad Ergünün zənginə cavab verirəm və məlum olur ki, o da Babəklə görüşdüyüm yerin yaxınlığındadı. Onu da dəvət edirəm və beləcə müsahibəyə üçlükdə başlayırıq…

 – Başlayaq PFL prezidenti Ramin Musayevin son açıqlamasından. Musayev iddia edir ki, Azərbaycan hakimlərinin səviyyəsi qonşu dövlətlərin hakimlərinin səviyyəsindən üstündü. Üstündümü?
– Ümumiyyətlə, Ramin Musayev quşbazlıqla məşğul olsa, yaxşıdı. Hərdən elə şeylər danışır ki, çox gülməli çıxır. Mən söz verirəm, ona ad günündə 5-6 dənə quş alacam, AFFA-nın həyətində uçurtsun. Əgər deyirsə ki, Azərbaycanda futbol hakimliyinin səviyyəsi yüksəkdi, böyük səhvi var. Bunu ancaq futbol savadı olmayan adam deyə bilər. Bu bir. İkincisi, gəlin qonşularımıza baxaq. Kimlərdi? Türklərdi, ruslardı, gürcülərdi, iranlılardı, bir də bizim mənfur düşmənlərimiz. Gəlin bir-bir sadalayaq, görək onların hakimləri hardadılar, bizimkilər harda. Türkiyədən üstün ola bilmərik, çünki onun Hüseyn Gökçek kimi, Cüneyt Çakır kimi hakimləri var. Rusiyadan üstün ola bilmərik, Korosyov kimi, Bezborodov kimi, Larışkin Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını idarə edən hakimləri var. İrandan da üstün ola bilmərik. Düzdü, iranlı hakimlər dünya çempionatının final mərhələsində oyun idarə etmirlər, amma Asiya çempionatının oyunlarına mütəmadi təyinat alırlar. Biz müqayisəni yalnız gürcü və ermənilərlə apara bilərik. Bizim hakimlərimiz onların hakimləriylə eyni səviyyədədi.

– Baxmayaraq ki, bizimkilərə onlardan daha yaxşı şərait yaradırlar…
– Bəli, düzgün vurğulayırsız. Təlim-məşq toplanışları, alınan forma, qulaqcıqlar – bir sözlə yaradılan şərait bizdə daha yüksəkdi.

– Amma bu şəraitin müqabilində Hakimlər Komitəsi hakimlərin qiymətini açıqlamır, hakimləri mətbuatdan gizlədir və sair. Səncə, doğrudumu bu?
– Əvvəl hakimlərin qiyməti dərhal saytlarda çıxırdı. Hamı da bilirdi ki, filan hakimin filan oyundakı idarəçiliyi necə olub. İndi ona görə gizlədilir ki, tutalım, hansısa hakim oyunda yüzfaizlik penaltini vermir, bir komandanın “belini qırır”, ancaq hakim-inspektor ona, misalçün, “8,1” bal verir. Halbuki ona “4” verməlidi. Gizlədirlər ki, sabah mətbuat bunlara deməsin ki, necə olur, o hakim filan dəqiqədəki epizodda yüzfaizlik penaltini vermədi, ancaq belə yüksək qiymət aldı? Yəni bu qapalılıq sırf mətbuatın qınağından qaçmaq üçün qurulub. Qorxurlar. Qorxmurlarsa, niyə açıq şəkildə mətbuata açıqlamırlar? Fuad Musayevin də, Ramiz Mirzəyevin də dövründə açıqlanırdı axı.

– Ancaq bu iradları deyəndə, cavab verirlər ki, UEFA-nın, FİFA-nın yoluyla gedirik, onlar da açıqlamırlar…
(sözümü bitirməyə imkan vermir) – Yalan deyirlər.

– Və deyirlər ki, aşağı qiymətinin ictimaiyyətə açıqlanması hakimin psixologiyasına pis təsir edər, və sair, və ilaxır.
– Hakimdən çox, özlərinə pis təsir edər. İkincisi, UEFA adından yalan danışırlar. Mən UEFA-nın bayrağı altında keçirilən oyunları idarə edəndən sonra mənə idarəçiliyimə görə verilən qiyməti göndərirdilər. Və həm AFFA-nın saytında, həm də AFFA-nın rəsmi orqanı olan “Futbol dünyası” qəzetində həmin qiymətlər yayımlanırdı.

– Xatırlayıram.
– Bunlar indi gizlətməklə demək istəyirlər ki, nə aşağı qiymət alan hakim var, nə də cəzalanan. Guya ki, hamısı yüksək səviyyədə oyun idarə edirlər.

– Ancaq, misalçün, Rusiyada da açıqlamırlar.
– Hardan bilirsiz ki, açıqlamırlar?

– Elə bu müsahibəyə hazırlaşmaq üçün ötən gün rus saytlarına nəzər salırdım. Ümumiyyətlə, Rusiyada hakimliyin vəziyyəti haqda informasiya toplamaq üçün. Keçmiş klub prezidentlərindən biri hakimlərin qiymətlərinin gizli saxlanılmasını biabırçılıq adlandırmışdı. Özü də, deyəsən, Rozetti Hakimlər Komitəsinə sədr təyin olunandan sonra verilib bu qərar.
– 10 gün bundan qabaq Pekindən Moskavaya uçurdum. Təyyarədə “Sovetski Sport” qəzeti keçdi əlimə, dəqiq yadımdadı ki, hakimlərin qiymətlərini vermişdilər. Özü də kubok oyunlarına görə verilən qiymətlər idi.

Haşiyə
Müsahibədən sonra dəqiqləşdirmə aparıram və məlum olur ki, bu ilin iyulunda Rusiya Futbol İttifaqı hakimlərin qiymətlərinin nəinki mətbuata, hətta hakimlərə də açıqlanmamasına dair qərar qəbul edib.
 
– Rusiya Rozettini, Ukrayna Kollinanı gətirdi Hakimlər Komitəsinə. Misalçün, Rusiyanın özündə Rozettinin işindən çox narazıdılar. Deyirlər ki, onun bu posta təyin olunmasıyla heç nə dəyişmədi. Çünki hakimliyimizin potensialı budu, bundan irəli gedə bilməyəcəyik. “Rozetti bizə nə verdi” sualına bir cavabları var: “O, sadəcə, təfəkkürü dəyişdi”. Bu günlərdə də Xaqani Məmmədovun yunan Kiros Vassarasla əvəzlənəcəyi xəbəri çıxmışdı. Əgər Rusiya və Ukraynada əcnəbi sədr təcrübəsi özünü doğrultmursa, bizdə doğruldarmı?
– Ümumiyyətlə, əgər əcnəbi şəxs Hakimlər Komitəsinə sədr təyin olunursa, onun əsas işi həmin ölkənin hakimlərinin dünya və Avropa çempionatının final mərhələlərinin oyunlarına təyinat almalarına yol açmaqdı. Ancaq biz geridə qalan illərdə gördük ki, Rozetti bu mənada Rusiya hakimliyinə heç nə verə bilmədi – rus hakimlər nə Avropa, nə də dünya çempionatının final mərhələsinin oyunlarına təyinat aldılar. Ancaq yeni hakimlər yetişib. Məsələn, Korasyovun gələcəkdə Avropa və dünya çempionatına düşmək ehtimalının olduğunu düşünürəm. Eynən də Kollina. O, UEFA-da Hakimlər Komitəsi qərargahının rəisidi. Əgər ukraynalı hakimlər Avropa və dünya çempionatının final oyunlarına təyinat almırlarsa, deməli, bir insanın başqa ölkədə Hakimlər Komitəsinin sədri işləməsi kökündən yanlışdı. Yenə qayıdıram qiymətin açıqlanmamasına. Vaxt olub, mən də aşağı qiymət almışam. Sınmışam? Yox, əksinə, çalışmışam ki, növbəti təyinatda qiymətim daha yaxşı olsun. Əgər hakim zəif qiymətinin ictimaiyyətə açıqlanmasından “sınırsa”, deməli, o adam psixoloji cəhətdən zəifdi, Premyer Liqada hakimlik edə bilməz.

– Xaqani Məmmədov Hakimlər Komitəsinə təyin olunandan sonra dedi ki, əsas məqsədimiz gənc nəsil hazırlamaq olacaq. Son illər ortaya çıxardıqları 3-4 gənc hakim var, Əliyar Ağayev, Rəhim Həsənov və digərləri. Keçmiş hakim kimi bu gənclərdə perspektiv görürsənmi?
– 2009-cu ildə məni hakimlikdən uzaqlaşdırandan sonra “professor” Xaqani Məmmədov efirə çıxıb demişdi ki, 2014-cü ildə bizim hakimlərimiz dünya çempionatının oyunlarını idarə edəcəklər. Həmin ərəfədə bir mətbuat konfransı keçirtmişdim və demişdim ki, 2014-cü ildə sizin hakimlər dünya çempionatında olmayacaqlar, 2016-da da olmayacaqlar, 2018-də də.

– Səbəb?
– Avropa çempionatında 12 ölkənin hakimi olur, düzdümü? Onun 11-i UEFA Hakimlər Komitəsinin üzvü olan ölkələrdəndi. Şenes Erzik Cüneyt Çakırı bir kənara qoyub, Babək Quliyevi, yaxud Rəhim Həsənovu seçə bilər? Görün hansı ölkələrin hakimləri sonuncu Avropa çempionatından kənarda qaldılar: Polşa, Norveç, Belçika, Rusiya, Yunanıstan… Hansı ki, hamısı futbol ölkəsidi, dayaqları güclüdü. Nə qədər ki UEFA Hakimlər Komitəsində Azərbaycanı təmsil edən heç kim yoxdu, bizim hakimlərin Avropa və dünya çempionatlarının oyunlarına təyinat alması mümkün deyil.

– Burası aydındı. Bəs səviyyə? Azərbaycanlı hakimlərin səviyyəsi imkan verirmi Avropa və dünya çempionatlarının oyunlarına təyinat almağa?
– Xeyr! PFL prezidenti ağzına və ağlına gələni danışır. Bizim hakimlərimiz Avropa və dünya çempionatlarının oyunları bir yana, heç Türkiyə Superliqasının oyunlarını idarə edə bilməzlər! Məndən o vaxt soruşmuşdular ki, “Barselona”-“Real” oyununu idarə edə bilərsənmi? Demişdim ki, xeyr, çünki mənim Azərbaycanda idarə etdiyim oyunlar onların oyunlarından çox-çox fərqlənir. Biz burdakı tempə öyrəşmişik. Gedib onların oyunundakı sürətə düşsək, inanın, 15-20-ci dəqiqədən sonra oyun dayanar.

– Bu mövsüm “Qarabağ” – “Bakı” oyunundan sonra Əliyar Ağayevin döyülməsindən savayı, hakimlikdən elə bir şikayət yoxdu. Bu nəyin göstəricisidi? Hakimlərimiz “artırıblar”, yoxsa qiymətlər açıqlanmır deyə, güllük-gülüstanlıq təəssüratı yaranıb?
– Mən tam açıq deyirəm, bəzi jurnalistləri ələ alıblar, nəsə vəd verib ağızlarını bağlayıblar. Telekanallarımıza baxın, hamısında tərifləyirlər hakimliyimizi. Ay qardaş, nəyi tərifləyirsən? Hakim “Xəzər Lənkəran” kimi komandanın belini qırır – qapıya gedən topu oyunçu əliylə çıxarır, hakim deyir, oyna. Bunlar hərtərəfli iş görürlər, jurnalistləri də alıblar. Saytların, qəzetlərin əksəriyyətinin günahı böyükdü belə halların gizlədilməsində. Ancaq vaxt gələcək, hamısının üzünə bir-bir deyiləcək ki, siz Azərbaycan futbolunu istəyən olmamısız, siz Azərbaycan futbolunun düşməni olmusuz.

– Mətbuatı günahlandırdın… Və mən burdan özümə də pay çıxartdım müəyyən qədər.
– Yox, mən bütün saytları, qəzetləri demədim.

– Başa düşdüm, amma mənim də bu gün oxucuya təqdim edə bilmədiyim şeylər var ki, tamamilə məndən asılı olmayan səbəblərdən irəli gəlir. Misalçün, bu gün oyunların videogörüntüsünü yalnız PFL-in saytından götürüb verməyə məcburam. O görüntülər də, aydın məsələdi ki, “ütülü” olur həmişə, mübahisəli epizodlar yer almır və sair və ilaxır. Məni həmişə bir şey maraqlandırıb. Hakimlər Komitəsi hər turdan sonra yəqin ki, toplantı keçirir hakimlərlə. Olmaz ki, o iclaslarda ictimaiyyətdən, misalçün, jurnalistlərdən bir nəfər otursun və sadəcə izləsin? Şəffaflıq bundan başlamalıdı, məncə. “Üstü bəzək, altı təzək” məsəli, gözümüzə kül üfürürlər, gizlədirlər və nəticədə mən sayt rəhbəri kimi oxucuma informasiya verə bilmirəm, çünki özüm informasiya blokadasına salınmışam.
– İndi siz o saytlardansız ki, tapa bilmirsiz deyə, oxucuya çatdıra bilmirsiz. Amma mən Komitənin iclaslarında jurnalistin iştirakının qəti əleyhinəyəm. Dünyanın heç bir ölkəsində belə şey yoxdu. Ancaq burda bir “əmma” var. Niyə PFL yalnız özünün istədiyi epizodları ötürür ictimaiyyətə? Hər şey elə burdan başlayır. Əvvəl belə deyildi. Əvvəl efirdən hakimin səhvlərini də deyirdilər, düz qərarlarını da. İndisə ancaq hakimin doğru qərarlarından danışırlar. Ramin Musayev PFL prezidenti seçiləndən sonra demişdi ki, elə edəcəm, Premyer Liqada 20-25 baş hakim olacaq. Üstündən 5 il keçib. Hanı? Eyni adlar, eyni hakimlər, eyni simalardı. Sənin Premyer Liqanda 8-10-dan artıq baş hakimin yoxdu. Mən sizə faktla deyə bilərəm. Bir baş hakim “4” qiymət alıb, növbəti turda yenə təyinat veriblər. Ancaq Fuad Musayevin, Ramiz Mirzəyevin dövründə o qiyməti alan hakim ən azı, 5 tur cəzalandırılırdı. İntizam Komitəsi qərar çıxarır ki, baş hakimin sarı vərəqəsi ləğv olunsun, ertəsi gün o hakima oyun verilir. İntizam Komitəsində mütəxəssislər var, baxırlar və deyirlər ki, filan epizodda sarı vərəqə var idi, yaxud yox idi.

– Aydındı, söhbət Elçin Məmmədovdan gedir.
– Bəli.

– Elçin ATV-də yayımlanan verilişdə özü də etiraf etmişdi ki, o epizoda baxdım və qərarımın səhv olduğunu görüb, İntizam Komitəsinə müraciət etdim sarı vərəqənin ləğv edilməsi üçün. Belə bir praktika varmı ki, hakim öz səhvini görsün və İntizam Komitəsinə müraciət etsin ki, verdiyim vərəqəni ləğv edin?
– Elçin maraqlı personadı. Hərdən bu cür ağlına və ağzına gələni danışır. Heç bir hakim deyə bilməz ki, mənim burda səhvim var, qərarımı ləğv edin. Elçin Məmmədov bu yalanı ancaq mətbuata deyə bilər, mənə deyə bilməz. Şoudu bunlar. Belə praktika heç yerdə yoxdu və olmayıb.

– Yəni ola bilərmi ki, Hakimlər Komitəsi də məhz bu “özünütənqidinə” görə onu bağışlasın və cəza verməsin?
– Xeyr. Səhv elə səhvdi. Üzr istəmək heç nəyi dəyişmir.

– Onda sual çıxır ortaya: niyə Elçin Məmmədov cəzalandırılmır?
(kinayəli şəkildə) – Onu heç kim cəzalandıra bilməz.

– Niyə?
– Ona görə ki, o, orda çox şeyləri bilir. Ramin Musayev haqda da çox şey bilir, Xaqani Məmmədov haqda da.

– Yəni Ramin Musayev qorxur Elçindən?
– Bəli. Yüzdəyüz qorxur! Adım kimi əminəm!

– Ümumiyyətlə, çoxdan var bu söhbət, deyirlər, hakimlər Elçindən qorxur.
– Sadəcə Elçin Məmmədov mifi var. Mən ondan heç vaxt qorxmamışam. İndi də qorxmuram! Çox da ki Ramin Musayevin, Xaqani Məmmədovun adamıdı. Baxın, Elçin Məmmədov AFFA-da heç bir komitənin üzvü olmasa da, çıxıb efirlərdə Hakimlər Komitəsinin adından danışır. Bu nə deməkdi? Biabırçılıqdı! Hansı ölkədə FİFA referisi efirdə öz oyunu haqda şərh verir? Ramin Musayev buna baxsın e… Ramin Musayev bunlar haqda danışsın, bunlar barədə ölçü götürsün, çıxıb deməsin hakimlərimiz qonşu ölkələrin hakimlərindən üstündülər.

(əlini masaya döyəcləyir) FİFA-nın kodeksi var: heç bir hakim nə öz oyunu, nə də başqa oyun haqda şərh verə bilməz! Hakimliyi qurtar, sonra get ekspert kimi şərhlərini ver. Telekanallarımız, elə bil, ələ alınıblar. Elə bil yox, yüz faiz ələ alınıblar! Bir sual verən yoxdu ki, bir dəqiqə dayan e, sən – Komitə rəhbəri, hardasan?! Döyüşlərdə batalyon komandirləri öndə, əsgərləri də arxada gedirlər. İndi “batalyon komandiri” gizlənib “əsgərlər”inin arxasında. Belə Komitə rəhbəri olar?! Bir də ki… Mən sizdən çox-çox üzr istəyirəm, bir halda ki, komitə rəhbərlərinə “iki bacı” deyirlər – bunu mən yox, qəzet yazır -, o komitələrdən nə gözləyəsən? Ramin Musayev bundan danışsın e! Hakimlərini təpikləyirlər, vururlar… Siz niyə Premyer Liqadan danışırsız? Birinci dəstəyə, əvəzedicilərin oyunlarına baxın. Gündə bir hakimi döyürlər. Statistikaya baxın, hansı dövrdə hakimləri döydüklərinə, söydüklərinə görə bu qədər klub rəsmiləri, məşqçilər, futbolçular cəzalanıb? Ramin Musayev bunları görmür? Bunların yetişdirdiyi hakim zədəli qapıçıya deyir ki, çıx meydandan kənara, həkim orda baxsın sənə. Hakim başa düşmür ki, qapıçısız oyun başlana bilməz. Bunu yoldan keçən də bilir. Budumu bunların inkişaf dedikləri?! Sual verirlər bu haqda, Ramin Musayev deyir, xəbərim yoxdu. Hakim yetişdirmək olar. Bunlar nə etdilər? Yaşlı və orta nəsil hakimlərdən imtina edib, dedilər ki, gənc nəsil hazırlayırıq. İndi də gənclər səhv edəndə, deyirlər ki, cavanlıqlarına keçin. Qardaş, Premyer Liqada oynayan komandalar pul xərcləyirlər e! Sənin hakiminin bir səhvi onların əziyyətini yerə vurur. Layiq olmayan hakimin Premyer Liqada nə işi var? Mən nə Rəhim Həsənovun, nə Əliyar Ağayevin, nə də o birilərin Avropa və dünya çempionatı perspektivini görürəm. Əliyarı Premyer Liqaya çox tez verdilər. İki-üç ildən sonra vermək lazım idi. O uşağı da bu cür “batıracaqlar”.

– Döyülə-döyülə öyrənəcək bəlkə?
– PFL prezidenti fəxrlə deyir ki, hakimlərimizi qoruyuruq. Belə qoruyurlar da. Mənə şillə-təpik dəyəndən sonra, məni döyəndən sonra nəyimə lazımdı qorumağınız? Beş ildi boşboğazlıq edirlər. Bundan sonra da belə olacaq. Hələ daha da betər olacaq! Hakimlər Komitəsinin sədri şəxsiyyət olmalıdı. Əli Hüseynovun adı gələndə hamı qorxurdu. Amma indi komitə rəhbərlərinə “cüt bacı” deyirlər, nə bilim, üzr istəyirəm, kişi cinsində qadın xeylağı deyirlər bunlara…
 
(müsahibin hislərinə qapıldığını görüb, mövzunu fərqli məcraya yönəldirik) – Qadın xeylağı demişkən, qadın hakimlər arasında lezbiyanların olması haqda məlumatlar çıxmışdı. Sən hakimlik elədiyin dövrdə də var idimi elələri? Bir də Xaqani Məmmədov demişdi ki, qadınların bakıda keçirilən dünya çempionatında bizim hakimlər də olacaqlar. Amma heç bir hakimimiz təyinat almadı.
– Xaqani Məmmədov “Xəzər” TV-də demişdi ki, 2012-ci ildə Səbayel Qurbanova dünya çempionatının oyunlarına təyinat alacaq. Halbuki Səbayel FİFA referisi deyildi. Mən də demişdim ki, mümkün olan şey deyil. Çünki sənin hakiminin 2-3 il FİFA referisi kimi təcrübəsi olmalıdı. Qurbanova maksimum dördüncü hakim kimi təyinat ala bilərdi. Bunu da Azərbaycana təşkilatçı ölkə kimi jest edərdilər. Heç “dördüncü” də olmadı! Ona görə də deyirəm ki, bunlarınkı boşboğazlıqdı. Komitə rəhbəri bilməlidi ki, efirdə dediyi sözləri bütün ictimaiyyət eşidir, dediyinə əməl etməlidi. Edə bilmirsə, danışmamalıdı. Bunların keçirtdiyi çempionat da elə hakimliyin günündədi. Azərbaycanın futbol tarixinin piki 2004-2007-ci illər olub. Ondan sonra başlamışıq geriləməyə.

– Səbəb?
– Ramin Musayev PFL prezidenti seçildi.

– Yəni AFFA ölkə çempionatını daha yaxşı keçirirdi?
– Birmənalı! PFL o ölkələrə lazımdı ki, o ölkənin 7-8 liqası var və futbol federasiyasının işi çox olduğuna görə nəzarət edə bilmir. Azərbaycan Premyer Liqasında 6 klub varsa, ona PFL lazımdımı?

– Mən bu fikrinlə razılaşmıram. AFFA da digər yaş qrupları üzrə birinciliklər, çempionatlar keçirir və deyə bilər ki, Premyer Liqanı da keçirməyə imkanım yoxdu.
– Nə liqalardı? Uşaq liqaları. Ciddi yarışlar deyil axı Premyer Liqanın yanında. Mən sizə misal çəkim. Rusiya. Neçə divizionu var? Yaxud İngiltərə, Almaniya. Bu ölkələrə lazımdı PFL kimi qurum.

– Ancaq Türkiyədə də liqaların sayı çoxdu və hamısını TFF özü keçirir.
– Hə, orda yoxdu… Burda bir qazanda iki baş qaynayır. Sabah Ramin Musayev deyə bilər ki, filan hakim cəzalandırılmalıdı, Elxan Məmmədov razılaşmaz. Hakimlər Komitəsi Elxan Məmmədova tabedi axı.

– Yəni Ramin Musayev istədiyi vaxt müdaxilə edə bilmir bu məsələlərə?
– Müdaxiləni elə o eləyir də. Bütün oyunlara təyinatları Ramin Musayev eləyir. Hakimlər Komitəsi “de-yure” Elxan Məmmədovun, “de-fakto” Musayevin əlindədi. Bunu bütün futbol ictimaiyyəti bilir, amma heç kim danışmır. Niyə danışmırlar, kimdən qorxurlar – bilmirəm.

– Yeri gəlmişkən, Musayev son açıqlamasında Xaqani Məmmədova təşəkkür etmişdi.
(kinayəli şəkildə) – Hə-ə-ə… Mən də ona təşəkkür edirəm! Ramin Musayev Xaqani Məmmədova təşəkkür etməlidi də. Bütün hakim təyinatlarını özü eləyir, Xaqani Məmmədov da ona bir söz deyə bilmir. Ramin Musayevə ondan başqa sədr lazım olmaz. Ona ancaq Xaqani Məmmədov kimi – özünə oxşayan sədr lazımdı.

– Özünə oxşayan deyirsən, ancaq hər halda, Xaqani Məmmədov sözeşidən adamdısa, Ramin Musayevi sözeşidən adam kimi tanımıram.
– Nə mənada sözeşidən?

– Özün dedin ki, Ramin Musayev Xaqani Məmmədova nə desə, qeyd-şərtsiz əməl edir. Ancaq Musayev xaraktercə elə adam deyil, mən bilən.
– Ramin Musayev də bəzi klubların dediklərini edir, narahat olma.

– Bəzi klubların deyəndə, səncə, Ramin Musayevin nəzarətində neçə klub var?
– 12 klubun 8-i onun nəzarətindədi.

– Adlarını çəkə bilərsən?
– Adlarını? Yox.

– Bəs nəzarətində olmayanları?
– Olmayanlar var. “Neftçi”di, “Xəzər Lənkərandı” və sairə.

– Onlara bata bilmir?
– Bata bilmir.

– Niyə?
– Onu özündən soruşun. Gücü çatmır. Batmaq istəyir, ancaq bata bilmir.

– O siyahıda “Neftçi”nin olması qəribə gəldi mənə.
– Niyə? Deyirsiz, “Neftçi”yə bata bilir? Orda Sadıq Sadıqov var. Ramin Musayev ondan … kimi qorxur.

– “Turan” Ramin Musayevin nəzarətindədi?
– Mənə də elə gəlir.

– Ona görə bu gün “ilk altılıq”dadı?
– Bəli.

– Musayevin klublara “atalıq qayğısı” maddidi, yoxsa mənəvi?
– Bunu demək üçün gərək əlimdə faktım ola. Amma əminəm ki, onun nəzarətindədilər.

– Azarkeşlərin stadionlara gəlməməsi azmış kimi, telekanallar da Premyer Liqaya maraq göstərmirlər. Mövsüm başlayır, 5-6 tur sonra yayım məsələsini satmaqla həll edə bilmirlər və “Topaz”a hədiyyə edirlər. Niyə maraq getdikcə ölür?
– Getdikcə daha da öləcək. Çünki Premyer Liqanı keçirən qurumun başında Ramin Musayevdi.

– Gəl fərdlər üzərində qurmayaq bütün məsələləri. Ümumi baxaq səbəblərə.
– Ümumi baxış elə ordan başlayır da. Premyer Liqanı PFL keçirtmir? Ramin Musayevin personası yaramır o vəzifəyə. Futbol ictimaiyyətinin 90-95 faizi ondan narazıdı, ancaq danışa bilmirlər. Qalan 5-10 faiz öz adamlarıdı, aftafa tutanlarıdı. Niyə o 90-95 faiz danışa bilmir? Çünki çörəkləri burdan çıxır. Ramin Musayev gələndən sonra bəzi klublara qarşı haqsızlıqlar olunur. Ona görə də camaat inanmır, oyunlara gəlmir. “Topaz”ı Premyer Liqaya sponsor etmək isə, ümumiyyətlə, biabırçılıqdı. Siz mənə bir ölkə adı çəkin ki, orda çempionarın sponsoru bukmeyker şirkəti olsun. Yoxdu belə nümunə. Klubların bukmeyker sponsorları var, amma yarışı keçirən qurumun sponsoru nümunəsində yoxdu. Bu boyda ölkədə bir bank, başqa bir təşkilat tapılmadı ki, gedib bukmeyker şirkətiylə sponsorluq müqaviləsi bağladılar?

– Unibank var idi, ancaq bu il anlaşa bilmədilər.
– Çünki Ramin Musayev ordadı. Problem bundadı.

– Nə problem yaratdı ki, Musayev?
– Onu özü yaxşı bilir.

– Bu suala tam səmimi və konkret cavab istəyirəm. Bu gün Premyer Liqanın və kubokun qaliblərinin adları AFFA-nın divarları arasında həll olunur, olunmur?
(bir qədər düşünür) – Oluna bilər.

– “Oluna bilər” yox. Olunur, olunmur?
– Oluna bilər. Mənim fikrimcə, olunur.

– 2009-cu ilə qədər olunub, olunmayıb?
– Onda mən də hakimlik eləyirdim və heç kimdən “filan klub çempion, filan da kubokun qalibi olmalıdı” göstərişi almamışıq.

– Yaxşı, deyək ki, “çempion edin, kubokun qalibi edin” deyilmirdi. Bəs “filan oyunda filan komandaya köməklik edin” tapşırığı da almırdız?
– Bir dəfə deyildi ki, “Qarabağ”a köməklik et. Onda da etmədim və qıraqda qaldım.

– Hakimlikdən uzaqlaşdırılanadək heç belə təlimatlar almırdın?
– 2009-cu ilədək FİFA hakimi olmuşam. Vicdanıma and olsun, heç vaxt belə şey eşitməmişəm! Buna görə əlimi “Quran”a da basa bilərəm!

– Demişdilər ki, “Qarabağ”a kömək elə?
– Demişdilər ki, “Qarabağ” udmalıdı.

– Kim demişdi?
– Adlarını o vaxt mətbuat konfransında da demişdim: Ramin Musayevlə Xaqani Məmmədov.

– Hesab necə olmalıydı? Bunu da demişdilər?
– Hansı hesabla olur-olsun, “Qarabağ” udmalıydı.

– Ramin Musayev “Qarabağ”a necə kömək edir ki, bu komanda çempion ola bilmir. Avrokuboklara gedir, ancaq çempion ola bilmir.
– Çünki Musayevdən daha güclü adamlar var. Amma arzusudu “Qarabağ”ı çempion etmək.

– “Xəzər Lənkəran”a qarşı AFFA tərəfindən mənfi münasibət varmı, səncə?
– Birmənalı şəkildə var!

– Başqa hansı klublara var?
– Bu saat “Simurq”a da var. Çox yuxarıdan uçur, gərək “qanadları yolunsun”. Ramin Musayev yaxşı quşbazdı axı, “quşlar”ın  “qanadlar”ını kəsməyi bacarır. Ən böyük haqsızlıq isə “Xəzər Lənkəran”a edilir.

– Bəs niyə səslərini çıxartmırlar, etiraz etmirlər?
– Bu sualı onlara vermək lazımdı.

– Bəs hansı yolla haqsızlıq olunur?
– Təbii ki, hakimlərin əliylə.

– Misalçün?
– Misalçün, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu.

– 12 tur ərzində bir oyunda?
– Bir oyundumu? Siz əminsiz ki, bir oyundu?

– Sən bir oyunu misal çəkdin.
– Hamısını deyə bilmərəm axı. Elementar misal: “Xəzər Lənkəran” – “Qəbələ” oyunu. “Xəzər Lənkəran”ın 3 xalı əlindən alındı. Mən bütün oyunları izləməmişəm, amma bir şeyə əminəm ki, Ramin Musayev PFL prezidenti olduğu dövrdə “Xəzər Lənkəran” çempion ola bilməz! Musayev elə adamdı ki, gərək onun qapısında səcdə edəsən.

– Bayaq hakimlərin mətbuatdan gizlədilməsindən danışdıq. Son vaxtlar sən özün də mətbuatda, demək olar ki, görünmürsən. Bu da sifarişdi?
– Televiziyada sonuncu dəfə bir il-ilyarım əvvəl olmuşam. Yox, üzr istəyirəm, sonuncu dəfə ATV-də Avropa çempionatının oyunlarını şərh etmişəm. Amma orda Azərbaycan futbolundan danışmaq olmazdı. Elə qəzetlər, saytlar var ki, heç kimdən asılı deyillər. Məsələn, siz müstəqil mətbuat nümayəndəsisiz, tapşırıqla işləmirsiz ki, bu gün məndən müsahibə alırsız və mən də səmimi danışıram sizinlə. Telekanallardan heç danışmağa dəyməz… Baxın, qızlardan ibarət millimiz 16 top buraxdı qapısından və bir dənə də qol vura bilmədi dünya çempionatında. Amma telekanallarda nə qədər reklam etdilər. Biabırçılıqdı. İnsan gərək ilk növbədə özünə hörmət eləsin. Özünə hörmət edə bilmirsənsə, heç kimə hörmət edə bilməzsən. Komanda bu qədər biabırçı oynayırsa, dünya və Avropa çempionarlarının elit-raunduna da çıxa bilmirlərsə və hələ də inkişafdan danışırlarsa, deməli, bunlar özlərinə hörmət etmirlər. İnsan gərək danışmazdan əvvəl şərəfinə, vicdanına hesabat versin. Bu sözüm əsasən jurnalistlərə aiddi! Təbii ki, hamısına aid deyil bu. Jurnalistlər içərisində də “sınmayanlar” var. Ancaq əfsuslar olsun ki, əksəriyyəti belə deyil. Çoxuna “zakaz” verilir ki, nəbadə Babək Quliyevdən müsahibə götürəsiz, televiziyaya çağırasız. Çünki qorxurlar. Bax, sizin sayt vasitəsilə çağırış edirəm: Ramin Musayevin, yaxud Xaqani Məmmədovun cürəti varsa, onlar ikisi, mən tək, çıxaq efirə, Azərbaycan futbolundan, hakimlikdən danışaq!

– Yaxşı, mən də bir təklif verim. Xaqani Məmmədovun qabağa verdiyi Elçin Məmmədovla debata çıxarsan, ya yox?
– Yüz faiz! Heç bir problem yoxdu! Elçin Məmmədov olmur, kim olur-olsun, hazıram!

– Biz Elçin Məmmədovla bu haqda danışarıq. “Batalyon komandiri”nin “əsgər”ləri müdafiəçi mövqeyində necə görünürlər və ümumiyyətlə, niyə Hakimlər Komitəsinin müdafiəçisi qismində efirlərə yalnız Elçin Məmmədovu göndərirlər, səncə?
– Elçin Məmmədov axır vaxtlar vəkilliyə keçib. Ona məsləhətim budu ki, insanları özünə güldürməsin.

– Bir az insafla danışmaq lazımdı. Bəlkə Elçin Məmmədov futbol qaydalarını daha yaxşı bildiyinə görə telekanallara hər dəfə onu göndərirlər?
– Elçin Məmmədov futbol qaydalarını yaxşı bilir, bununla razıyam. Ancaq onun epizodlara görə “traktovkası” hərdən düzgün olmur. Tamaşaçıya özünün istədiyi kimi “yedizdirmək” istəyir epizodların şərhini.

– Azərbaycanlı hakimlərin “Top-5” siyahısına kimi daxil edirsən?
– Mən “Top-5” yox, “Top-3” deyərdim.

– Yaxşı, olsun “Top-3”.
– Vüsal Əliyev, Fariz Yusifov, Anar Salmanov.

– Hamısı bu günün yaşlı nəsil hakimləri oldu… Yaxşı, pis hakimlərin belə siyahısını deyə bilərsən?
(bir az düşünür) – Pislərdən…

– Yəni perspektivini görmədiyin hakimlər. Burda pis bir şey yoxdu. Misalçün, biz perspektivini görmədiklərimizə deyirik ki, əbəs yerə çalışma, səndən jurnalist olmayacaq.
– Gəlin mən adla deməyim də. Yaşlı nəslin Avropada perspektivi daha yoxdu. Mən onların adlarını ona görə çəkdim ki, o insanlar ən azı 5-10 il Azərbaycan futboluna xidmət ediblər. O ki qaldı gənc hakimlərə, mən Avropada onların heç birinin perspektivini görmürəm.

– Yadımdadı ki, sən futzal referiliyindən böyük futbola keçəndə Fariz Yusifov Azərbaycanda bir nömrəli hakim idi. Ancaq sən gələndən sonra Farizin ulduzu sönməyə, sənin ulduzunsa parlamağa başladı. Hətta onda belə söz-söhbət gəzirdi ki, Hakimlər Komitəsinin ovaxtkı sədri Əli Hüseynov sənə arxa durub, irəli çəkir.
– Mən Fariz Yusifovu Azərbaycanda həmişə güclü hakim saymışam. Hətta özümdən də güclü hakim hesab eləmişəm və indi də sayıram.

– Bəs o güclü dediyin hakim niyə FİFA referiliyinə keçəndən sonra üzərində işləmədi? Bir dil öyrənmək bu qədərmi çətindi?
– Onun dil öyrənmək vaxtı artıq keçdi. Bu il FİFA referiliyindən çıxarılacaq. Onun hakimlik manevri, duruşu, meydançanı görmək qabiliyyəti məndən də yüksək olub həmişə.

– Avtoriteti də yüksəkdi.
– Bəli. Bu gün hakimləri döyürlərmi? Döyürlər. İndi mənə bir oyun göstərin ki, Babək Quliyevi, Vüsalı, Farizi, Anarı şillələyiblər, yaxud təpikləyiblər.

– Bir dəfə olmuşdu deyəsən. Şillə vurmuşdular sənə.
– Xeyr, səhviniz var. O, Fariz Yusifov idi. Özü də onu vurmamışdılar, “Qarabağ”ın oyununda futbolçunu şilləylə o vurmuşdu. Bu gün niyə döyürlər hakimləri? Çünki avtoritetləri yoxdu. Bir söz də deyim, yaxşı hakim olmaq üçün keçmişdə futbolçu olmalısan. Futbol oynamadan hakimliyə gələndən yaxşı hakim olmaz.

– Amma bayaq “Top-3”-də saydıqların və elə sən özün də heç ortabab futbolçu olmamısız.
– Nə fərqi var ki? Futbolçu olmuşuq da.

– Mənə aydın olmadı ki, niyə bunu şərt qoyursan?
– Çünki sən hakim kimi tanımalısan, hansı futbolçu simulyasiya edəndi, hansı özünü apara bilmir və sair.

– Amma bunları futbol oynamadan da bilə bilərsən.
– Xeyr, bilə bilməzsən.

– Axı sən futbolçu kimi vaxtilə onlarla oynamaya da bilərsən.
– Qarşılaşırsan da nə vaxtsa. Hakim futbolçunu hiss eləməsə… Məsələn, mən “Xəzər Lənkəran” – “Neftçi” oyununa çıxmazdan əvvəl analiz aparırdım, bilirdim ki, Zaur Ramazanov özünü apara bilmir, istənilən an vərəqə ala bilər, idarəçiliyimi çətinləşdirər. Oyundan əvvəl Zauru çağırırdım və deyirdim ki, özünü yığışdır.

– “Top-3”-ə saldıqların və salmadıqların rüşvətə gediblərmi?
– Rüşvət elə şeydi ki, qardaşım, əlində tutmadınsa, heç nə deyə bilməzsən.

– Amma müsahibəyə başlamazdan əvvəl dedin ki, guya bugünkü hakimlər rüşvət almırlar?
– Mən demədim, iddia eləmədim ki, alırlar. Sual verdim ki, almırlar?

– Bunlar da deyə bilərlər ki, əllərində tutmamışıq, deməli, almırlar.
– Vəssalam da. Mən də deyirəm ki, əlində tutulmayana rüşvət alıb deyə bilmərəm. Hə, indi xatırladım, müsahibədən əvvəl hakimlikdən çıxarılmağım haqda danışırdıq. Mən də dedim ki, oyundan sonra uduzan komandanın rəsmisinin zənginə cavab verdiyimə görə çıxarılmışam. Və davamında da dedim ki, guya indi hakimlər klub rəsmiləriylə danışmırlar?

– Danışırlar?
– Bəli, bunu əminliklə deyə bilərəm ki, danışırlar. Bəs niyə ortaya çıxarmırlar? Guya Ramin Musayev bilmir ki, kim kimlə danışır? Bilmirsə, deməli, yaxşı PFL sədri deyil.

– Bəs bilib gizlədirsə?
– Hə, bu, ikinci sualdı. Onu özündən soruşun. Mən yüz faiz bilirəm ki, bilir və gizlədir.

– Sənin hakimlik etdiyin dövrdəki kimi, indi də hakimlərin telefon danışıqları yazılır?
– Boş söhbətlərdi. Heç o vaxt da heç kimin danışığını yazmırdılar. Bunlar Ramin Musayevin boş-boş danışdığı söhbətləriydi. Onun nə ixtiyarı var ki, kiminsə telefon danışını yazsın?! Kimdi ki, Ramin Musayev?! Milli təhlükəsizlik naziridi? Yoxsa hakimlər dövlət çevrilişi-zad eləmək istəyirlər?! Onun gücü çatmaz ki, hansısa hakimin səsini yazdırsın!

Saleh Arslan

Son yazılar

To Top