“Rəvan”ın qələbəsiz oyunlar seriyası başa çatıb.
Korner.az-ın məlumatına görə, Bakı klubu XXIV turun AZAL-la oyununda 1:0 hesablı qələbə qazanaraq uğursuzluğa son qoyub.
“Rəvan” 18 oyun idi ki, qələbə qazana bilmirdi. Sonuncu dəfə V turun “Sumqayıt”la səfər oyununda 3 xala sevinən bakılılar ondan sonra baş tutan 18 matçın 8-də heç-heçə etmiş, 10-da məğlub olmuşub.
“Rəvan” V turdakı qələbəni Vladislav Qədirovun başçılığı altında qazanmışdı. Bundan sonra komandanı Qədirov 4, Şahin Diniyev 9, Güvənc Kurtar 5 oyuna çıxarsa da, qələbə qazanmaq mümkün olmamışdı.