Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi qitənin ən populyar futbolçularının siyahısında yer alıb.
Korner.az-ın məlumatına görə, Sadıqov Avropa qitəsindən yer alan 80 futbolçu arasında 43-cü pilləni tutub. Futbolçuların 2012-ci ildəki fəallığını nəzərə alaraq tərtib edilən siyahıda Rəşad Sami Xedira, Samir Handonoviç, Erik Abidal, Juan Mata, Robert Levandovski, Nani, Robben və s. futbolçuları geridə qoyub.