Qədirzadənin komandası yenə məğlub oldu
22.03.2021 , 12:32
Gürcüstan çempionatında V turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” doğma meydanda Tiflis “Lokomotiv”inə uduzub – 3:4.
İbrahim də bu görüşün iştirakçısı olub. Futbolçu 68-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Samtrediya” 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.