“Qəbələ”nin “Qarabağ”la 54-cü dueli
25.08.2019 , 18:29
Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, bu gün “Qırmızı-qaralar” “Qarabağ”la üz-üzə gələcək. Rəqiblər arasında 54-cü duel olacaq.
İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyə qədər 53 dəfə qarşılaşıblar.
Bu matçlarda “Qəbələ” 12, “Qarabağ” 24 dəfə qalib gəlib. Digər 17 görüşdə qalib müəyyənləşməyib.