Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, bu turnirdəki təmsilçimiz "Qəbələ" pley-off üçün mübarizə aparacaq.
"Qırmızı-qaralar" öz meydanında Kiprsin "Apollon" klubunu qəbul edəcək. İlk görüşdə qollu heç-heçə edən "Qəbələ"ni bu matçda qolsuz heç-heçə də qane edir. İlk iki mərhələdə ev oyunlarında olduqc ainamlı təsir bağışlayan Qriqorçukun yetirmələrindən bu dəfə də eyni uğuru təkrarlaması gözlənilir.
"Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
6 avqust
Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları
21:00. "Qəbələ" (Azərbaycan) – "Apollon" (Kipr) – 1:0
Qol: Cavid Hüseynov 80
İlk oyun-1:1
Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)
Bakı. 8-ci kilomtr qəsəbə stadionu