Ispaniya futbolunun yetişdirdiyi ulduz futbolçulardan Quti 35 yaşında katyerasını başa vurub.
Korner.az– ın məlumatına görə, bu haqda futbolçunun özü açıqlama verib:
“Artıq qərarımı vermişəm. Baxmayaraq ki, bir-neçə təklif almışdım. Ancaq bəs edər. Artıq ailəyə daha çox vaxt ayırmağın zamanıdır”.
Quti daha çox “Real”dakı çıxışları ilə tanınıb. Bu klubun heyətində beş dəfə İspaniya Primerosunun, üç dəfə Çempionlar Liqasının, dörd dəfə İspaniya Superkubokunun qalibi olub. Onun şəxsi muzeyində UEFA Superkuboku və Türkiyə kuboku da var. Onun son klubu “Beşiktaş” olub.
