“Neftçi”nin 4 aylığa icarəyə verdiyi hücumçusu Ruslan Qurbanova Xorvatiya “Hayduk”unun heyətində debüt etmək hələ də nəsib olmayıb.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçunun adı ölkə çempionatının 22-ci turu çərçivəsində keçirilən oyunda iştirak ərizəsinə salınmayıb.
Qurbanovun komandası səfərdə “Lokomotiv”in qonağı olub. Qarşılaşma “dəmiryolçular”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
