“Kəpəz”in futbolçusu Nikolay Svejentsev məşqlərdən ayrı düşüb. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandamız qısa istirahətdən sonra hazırlıq prosesinə başlasa da, ukraynalı məşqi kənardan izləyir.
Buna səbəb onun əzələ liflərində qopma meydana gəlməsidir. Svejentsevin müalicəsi həftə sonuna kimi davam edəcək. Yalnız bundan sonra yarımmüdafəçi fərdi halda məşqlərə başlaya biləcək.