Məlum olduğu kimi "Qarabağ"ın Çempionlar Liqasının ll təsnifat mərhələsindəki rəqibi Maltanın "Valletta" klubu oldu.
Korner.az-ın məlumatına görə ağdamlıların baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında püşkü dəyərləndirib.
Qurbanov rəqiblərinin avrokubok təcrübəsi olduğunu bildirib:
" Məlum olduğu kimi, Çempionlar Liqasının bu mərhələlərində ancaq ölkələrinin çempionları çıxış edir. İlkin rəqiblərimiz müəyyənləşən zaman apardığımız araşdırma zamanı gördük ki, hər birinin avrokubok təcrübəsi var. Nəzəri cəhətdən hər birinin uğur qazanmaq şansı vardı. "Valetta" ilə qarşılaşacağıq. Rəqibin daimi avrokubok təcrübəsi var. Millisində bir neçə futbolçusu var. Azərbaycan millisiylə qarşılaşdığı zaman mübarizə aparan, sonadək döyüşən xarakterlərinin olduğunu görmüşdük. Heç kim deyə bilməz ki, biz mərhələni keşmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdu. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi olaraq hazırlaşmalıyıq"