"Əvvəlcədən bilirdik ki, çətin oyun olacaq".
Korner.az-ın məlumatına görə bu sözləri "Qaraba" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən ""Qarabağ"-"Metallurq" matçından sonra deyib.
"Rəqib daim qol axtarışında olan komandadı. Bütün hazırlıqlarımızı buna uyğun qurmuşduq.
Birinci hissədə rəqib çox yaxşı müdafiə olundu. Gelaşvilili bir neçe epizodda qol vura bilmədi. Ancaq bu o dəmək deyil ki, zəif oyunçudu. Hücumçunun qol epizodlarına girməsi də vacib amildi.
Danışıqlar müsbət nəticələnsə, bu yaxınlarda daha bir cinah yarımmüdafiəçisi alınacaq.
Üç il bundan əvvəlkindən fərqli olaraq, bu "Metallurq" daha güclüdü.
İndi daha kollektiv oynayırdılar və bizə də hücum qurmağa imkan vermədilər.
"Piast" bu gün Polşa çempionatında 4-cü, "Visla" isə 7-ci pillədədi. Deməli, "Piast" daha güclüdü. Hələ bu rəqib barədə heç nə bilmirəm. Bu gecəden etibarən məlumatları toplamağa başlayacam".
