Avropa Liqasının qrup mərhələsi çərçivəsində ötən axşam keçirilmiş “Qarabağ” – “İnter” matçının son dəqiqələrində vurulmuş qolun qeydə alınmaması İspaniya mətbuatında da geniş işıqlandırılıb.
Korner.az-ın məlumatına görə, sözügedən ölkənin ən nüfuzlu nəşri olan “Marka” qəzeti epizodun videsunu yerləşdirdiyi yazıda yan xətt hakiminin doğru qərar vermədiyini bildirilib.
Yazıda qeyd olunub ki, “Qarabağ”ın Avropa Liqasında uğurlu çıxış etsə də, matçın sonuna əlavə edilmiş dəqiqələrdə vurulmuş qolu qeydə almayan referi bu klubun Avropa röyasını mümkün olan ən pis şəkildə bitirdi.
