“Qarabağ”ın oyununa bilet satışı davam edir
26.08.2019 , 20:26
“Qarabağ” – “Linfild” cavab oyununa bilet satışı davam edir.
Korner.az klubun “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, artıq 8 min bilet satılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
“Qarabağ” – “Linfild” cavab görüşü avqustun 29-u saat 20:00-da başlayacaq.