Avroliqada püşkatmanın vaxtı bilindi
26.08.2019 , 20:00

Avropa Liqasının qrup mərhələsində püşkatma mərasiminin vaxtı açıqlanıb.
Korner.az UEFA-ya istinadən xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi avqustun 30-u, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ümumilikdə 12 qrup üzrə 48 komanda yarışacaq. Qruplarda ilk 2 yeri tutan komandalar Avropa Liqasında mübarizəni pley-off mərhələsində davam etdirəcək.
