“Sumqayıt” klubu 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Vurğun Hüseynov, Vüqar Əsgərov və Anar Nəzirovun ardından “Sumqayıt” “Qarabağ”ın sabiq müdafiəçisi Zaur Həşimovu heyətinə qatıb. 32 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
