“Qarabağ”ın futbolçusu milliyə çağırıldı
04.10.2021 , 16:37
“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
Korner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Liberiya ilə keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.
Qeyd edək ki, matçlar oktyabrın 7-də və 10-da olacaq.