“Qarabağ”da daha bir müqavilə
26.05.2021 , 14:39
“Qarabağ” futbolçusu Elvin Cəfərquliyevin müqaviləsini uzadıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir.
Elvin Cəfərquliyev bu mövsüm “Qarabağ”da keçirdiyi 32 oyunda 4 məhsuldar ötürmə verib.