“Qarabağ”ın daha bir futbolçusu zədələnib.
Korner.az-ın məlumatına görə, 5 aylığa sıradan çıxan braziliyalı Çumbinyonun ardınca həmyerlisi Danilo Dias da komandasına kömək edə bilməyəcək.
Yayda Portuqaliyanın “Maritimu” klubundan gələn Danilo Dias dizində ağrılar hiss edirdi. “Qarabağ”ın tibbi heyəti davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd etsə də, 29 yaşlı futbolçunun dizində “mensk” əməliyyatı qaçılmaz olub.
Danilo yaxın günlərdə Türkiyədə cərrah masasına “uzanacaq”. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
