“Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsi üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha bir futbolçunun adını əlavə edib.
Korner.az-ın məlumatına görə, Ağdam klubu “Rudar”la oyun öncəsi yeni transferi Raydell Puponu sifariş edib.
27 yaşlı hollandiyalı hücumçu yeni klubunda 29 nömrəli formada çıxış edəcək.
