Premyer Liqanın XVIII turunda "Xəzər Lənkəran"ı qəbul edəcək "Qarabağ" hazırlıqlara start verib.
Korner.az-ın məlumatına görə, "Bakı"yla oyundan sonra 1günlük istirahətə buraxılan komanda yenidən vacib oyun üçün yığışıb.
Hazırlıqlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçən "Qarabağ" artıq bugün axşam "kamp"a yığışacaq.
Qeyd edək ki, "Qarabağ" – "Xəzər Lənkəran" oyunu Dekabrın 20-si, cümə axşamı 16:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.