“Qarabağ” – “Viktoriya” oyununa böyük maraq
14.08.2022 , 14:25

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Plzen, Çexiya) ilə oyununa onlayn bilet satışında problem yaranması azarkeşlərin kassalara üz tutmasına səbəb olub.
Kornerчaz xəbər verir ki, hazırda Tofiq Bəhramov adına Respublika stadionunun kassalarının qarşısında böyük izdiham müşahidə olunur.
Avqustun 17-si Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də start götürəcək.
