İdmançımızdan qızıl medal
14.08.2022 , 13:08

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində aerobika gimnastikası üzrə final yarışlarına start verilib.
Korner.az xəbər verir ki, bu növ üzrə fərdi proqramda çıxış edən Azərbaycan yığma komandasının üzvü Vladimir Dolmatov Oyunların qızıl medalını qazanıb.
Yığmamızın digər üzvü Mədinə Mustafayeva gümüş medala sahib çıxıb.
