“Qarabağ” üçün 626 bilet
15.08.2023 , 15:54

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək HJK (Finlandiya) – “Qarabağ” matçında Azərbaycan təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (626 ədəd) oyun günü – avqustun 17-də yerli vaxtla 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Bolt Arena”da, 9-cu qapının yaxınlığında satılacaq.
Korner.az xəbər verir ki, 113-114-cü sektorlar üçün nəzərdə tutulmuş biletlərin qiyməti 20 avrodur.
Bilet satışını meydan sahibi HJK klubu həyata keçirir.
Oyun saat 20:00-da başlayacaq.
