Türkiyədə hazırlıqlarını davam etdirən "Qarabağ" toplanış çərçivəsində bu gün növbəti sınağına çıxacaq. Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin rəqibi yerli "Manisaspor" klubu olacaq.
Manisa təmsilçisi ilə oyundan sonra Qurban Qurbanovun komandası sabah günorta saatlarında vətənə dönəcək. İyulun 17-dən isə Boluda iki həftəlik axırıncı təlim-məşq toplanışı start götürəcək.
Qeyd edək ki, "Qarabağ" iki gün öncə Təbrizin "Traktorsazi" klubunu məğlub edib. Bu arada Ağdam klubunun "Köln"dən Miloje Novakoviçi alacağı ilə bağlı xəbərlər özünü doğrultmayıb. Klub rəhbərliyi bildirib ki, bu şayiədən başqa bir şey deyil.