Topaz Premyer Liqasının XXXII turunun iki oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, hər iki matçı “İdman Azərbaycan” azarkeşlərə təqdim edəcək.
Kanal aprelin 26-da saat 16.00-da başlayacaq “Qəbələ” – “Simurq” matçını canlı yayımlacaq. Bundan 4 saat sonra isə “Qarabag” – “Neftci” oyunu efirə veriləcək.
AZAL – “Rəvan”, “Sumqayıt” – “Bakı” və “İnter” – “Xəzər Lənkəran” oyunlarını isə televiziya vasitəsi ilə izləmək mümkün olmayacaq.
