“Qarabağ” “Kayrat”a qalib gəldi
21.10.2021 , 22:45
Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” növbəti matçına bu gün çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın “Kayrat” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Konfrans Liqası, qrup mərhələsi, 3-cü tur
21 oktyabr
H qrupu
20:45 “Qarabağ” – “Kayrat” – 2:1
Baş hakim: Yevgeni Aranovski